HƏMAS fələstinli məhbuslar müqabilində qadın və uşaqları azad etməyi təklif edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” əldə olunan sənədlərə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, HƏMAS Qəzza zolağında mümkün atəşkəsin ilk mərhələsində 1000-ə qədər fələstinli məhbusun azad edilməsi müqabilində anklavda saxlanılan israilli qadın və uşaqları azad etməyi təklif edib.
HƏMAS həmçinin İsraildən xidmətə qəbul edilən qadınları azad etməyə hazır olduğunu açıqlayıb.
Bunun müqabilində İsrail yəhudi dövlətinin həbsxanalarında saxlanılan 700-dən minə qədər fələstinli məhbusu azad etməli olacaq.
Birinci mərhələ başa çatdıqdan sonra HƏMAS Qəzza zolağında daimi atəşkəs rejiminin tətbiqi tarixi və İsrail hərbçilərinin Fələstin anklavından çıxarılmasının vaxtı ilə bağlı razılığa gəlməyi təklif edib.
İkinci mərhələ bütün girovların azad edilməsini nəzərdə tutur.
Xuraman Etibarlı