HƏMAS girovlarla bağlı bəyanat yaydı

HƏMAS hərəkatı Qəzza zolağındakı girovlarla bağlı bəyanat yayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın nümayəndələri İsraildəki fələstinli məhbuslarla girovların dəyişdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bəyan ediblər.

“Sionist [İsrail] həbsxanalarında altı min fələstinli kişi və qadın var, biz onları israilli girovların azad edilməsi müqabilində xilas etmək istəyirik. Müqavimətin bütün məhbusların həbsxanalarını boşaltmaq üçün kifayət qədər gücü var”, – bəyanatda qeyd olunub.