HƏMAS lideri Rusiya və Çinə təşəkkür etdi

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı mövqelərini və ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsinə veto qoymaq qərarını yüksək qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə HƏMAS-ın “Telegram” kanalı məlumat yayıb.

İsmayıl Haniyə həmçinin Qəzza zolağında “İsrail təcavüzü”nə son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasına üzv və qeyri-üzv olan bütün ölkələrə təşəkkür edib. O, beynəlxalq ictimaiyyəti İsraili beynəlxalq hüquqa və insan hüquqlarına hörmət etməyə məcbur etməyə çağırıb.

Xatırladaq ki, 10 ölkə ABŞ-ın qətnaməsinin lehinə səs verib, BƏƏ də daxil olmaqla üç ölkə əleyhinə çıxıb. Mozambik və Braziliya bitərəf qalıb.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurası Rusiyanın da Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsini qəbul etməyib. Layihə Çin, Qana və BƏƏ tərəfindən dəstəklənib. ABŞ və Böyük Britaniya bunun əleyhinə səs verib. Daha 9 ölkə bitərəf qalıb./Qaynarinfo

COP29