HƏMAS liderləri ÖLDÜRÜLDÜ

HƏMAS-ın liderlərindən biri və yüksək rütbəli komandiri öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Palsawa” məlumat yayıb.

Bildirilir ki, HƏMAS-ın yüksək rütbəli komandiri Raafat Əbu Hilal Qəzza zolağının cənubundakı Rəfahdakı Bəşit düşərgəsinə İsraililn endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Bundan əvvəl İsrail ordusunun Qəzza zolağına hücumu zamanı Fələstinin radikal HƏMAS hərəkatının liderlərindən biri Ayman Yunisin də öldürüldüyü bildirilir.

Xuraman Etibarlı