!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS rəsmisi İsraillə münaqişənin detallarını açıqladı

!Reklam – Yazi

“Yaxın Şərq regionu gördü ki, İsrail sanılan kimi toxunulmaz yer deyil”.

Yenicag.az xəbər verir ki, bunu mediaya açıqlamasında İsraillə münaqişənin təfərrüatından danışan HƏMAS-ın yüksək rütbəli rəsmisi Usəma Həmdan deyib.
Onun sözlərinə görə, HƏMAS-n hələ də müharibəyə davam etmək üçün potensialı var.
“Davam etmək qabiliyyətimiz yüksəkdir. Düzdür, şəhidlər və yaralılarımız var. Ancaq fədakarlıqlar müqabilində yüksək təcrübə toplandı. Mübarizəyə yeni nəsillər cəlb olundu. Yəməndəki husi üsyançıları tərəfindən İsrailə ilk ballistik raket zərbəsi endirildi. Bu, İsrailin havadan müdafiə sistemininin şişirdilən qədər olmadığını sübut etdi.

Ümumilikdə Yaxın Şərq regionu gördü ki, İsrail sanılan kimi toxunulmaz yer deyil. Hətta onun da imkanlarının məhdudiyyətləri var”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv