HƏMAS yenidən Təl-Əvivi atəşə tutdu

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında dinc əhaliyə edilən hücumlara cavab olaraq İsrailin Təl-Əvivi raket atəşinə tutduğunu bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Qrupun bəyanatında Tel-Əvivə raket zərbələri endirdiyi iddia edilir. Bu, “sionistlərin dinc əhaliyə qarşı qətliamına” cavab olaraq edilib.

Bundan əvvəl Fələstinin HƏMAS radikal qruplaşmasının silahlı qanadı İzzəddin əl-Qəssam İsrailin Aşkelon şəhərinə hücum edib.