Həmcinslərini zorlayan azərbaycanlı “qanuni oğru” saxlanıldı – Video

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanılıb.

Yenicag.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan 56 yaşlı “qanuni oğru” Yunus Nəzərov kriminal aləmdə daha çox Yunus Bakinski ləqəbilə tanınır.
Qanunsuz olaraq Rusiya ərazisində olan Nəzərov 3 gün ərzində bu ölkəni könüllü şəkildə tərk etməlidir.

Saxlanıldıqdan sonra nəzərdən itən Nəzərovun sözügedən qərara tabe olub-olmayacağı bəlli deyil. Belə ki, 2015-ci ildə Yunus 2 dəfə miqrasiya rejimini pozduğu üçün saxlanılaraq ölkədən deportasiya edilib. Odur ki, əgər Rusiyanı tərk etmək “qanuni oğru”nun planlarına daxil deyildisə, onun tez bir zamanda yenidən geri qayıdacağı gözlənilir.

Əldə olunan məlumatlara görə, Yunus Nəzərov 6 dəfə həbs olunub. Bakinski 1982-ci ildə Yetim Hüseyn tərəfindən “taclandırılıb”. 2008-ci ildə Nəzərova qarşı sui-qəsd təşkil olunub. Sui-qəsdi təşkil edən tərəf Bakinskinin məhkum kişiləri döyərək zorladığını bildirib. Onun sözlərinə görə, Nəzərovu məhz öz kişi şərəfini qorumaq üçün öldürməyə cəhd edib.

Saytın məlumatına əsasən, hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Onlardan yeddisi hazırda cəzaçəkmə müəssisələrindədir: Zaur Naxçıvanski, Tolik Naqinski, Albert Piterski, Rüfət Gəncinski, Emin Aciqabulski və İlqar Bakinski Rusiyada, Quli isə Azərbaycanda. Titullu azərbaycanlılardan üçü hazırda törətdikləri ağır cinayətlərə görə axtarışdadırlar: Rəşad Gəncinski və Yusuf Şamxorski Rusiyada, Rafət Əlibayramski isə Azərbaycanda. Rusiya ərazisində yalnız bir “qanuni oğru” – Vaqif Bakinski leqal yaşayır.

Yenicag.az