Hemilton Bəhreyn Qran-prisinin qalibi oldu

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton “Formula-1” üzrə Bəhreyn Qran-prisinin qalibi olub.

Yenicag.az xəbər verir ki, yarışı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen başa vurub. “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, “Formula-1” yarışlarının növbəti mərhələsi 16-18 aprel tarixlərində İtaliyanın İmola şəhərində keçiriləcək.