!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Həmin gün Ərdoğanla görüşməliydik, amma..." - Ramil Quliyevin məşqçisi

!Reklam – Yazi

Türkiyə bayrağı altında dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevin məşqçisi Oleq Muhin Yenicag.az saytına müsahibə verib.

O, müsahibəsində Türkiyəyə yollanmasından, Ramilin məşq prosesindən danışmaqla yanaşı, bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

– Azərbaycandan Türkiyəyə nə vaxt və hansı şərtlər altında gəldiniz?

– Türkiyəyə 2011-ci ildə gəldik. “Fənərbaxça” idman klubunun ali təhsilli müəllimi olaraq, Azərbaycandan gələn atlet Ramil Quliyevlə məşqlərə başladıq. Fürsətdən istifadə edərək, məşqlərimiz üçün bizə hər cür imkanı yaradan “Fənərbaxça” klubunun prezidenti cənab Əziz Yıldırıma minnətdarlığımı bildirirəm. İlk vaxtlar İAAF qaydalarına əsasən, bizə bir sıra məhdudiyyətlər qoyulmuşdu. Vətəndaşlıq əldə etdikdən sonra Türkiyə milli komandası ilə beynəlxalq yarışlarda iştirak etmək hüququ qazandıq. Ancaq məhdudiyyətlərin vaxtı uzandıqca təbii olaraq, motivasiyamız da aşağı düşürdü. Məşqçi və idmançı nə qədər qətiyyətlə çalışır-çalışsın, beynəlxalq müsabiqələrə qatılmayanda onlara qarşı maraq olmur. Bizim də belə bir vəziyyətlə üzbəüz qalmaq riskimiz vardı. Mən İstanbulda olan İAAF nümayəndə ilə görüşüb, mövcud vəziyyəti izah etdim. Bundan sonra yolumuz açıldı.

– Ramil Quliyevlə birlikdə bir sıra beynəlxalq səviyyəli yarışlarda iştirak etdiniz. Prestijli çempionluğa ən yaxın olduğunuz turnir hansı idi?

– Keçən il Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq və Ramil Quliyevin çempion olacağına çox inanırdıq. Lakin hava şəraiti onun qalibiyyətinə mane oldu. Növbəti il Avropa çempionatında çox yaxşı atletlər yarışacaq, hədəfimiz Avropa çempionluğudur.

– Daha çox hansı məşqlərə üstünlük verirsiniz?

– İş rejimi bizim kompleks şəkildə hazırladığımız bir prosesdir, birini digərindən ayırmağımız mümkün deyil. Proqramlarımızın hamısı elmi prinsiplərlə əsaslandırılıb, taktiki gedişlərimiz isə yarışlardakı günlük vəziyyətə görə dəyişir. Ən əsası məşqlərin vaxtı-vaxtında olmasıdır. Turnirlərdən əvvəl Antalyanın Belek bölgəsində məşqlərimizə davam edirik, xüsusilə də qışda orda hava çox yaxşı olur. Bəzən Rusiyada da məşq edirik. Bundan əlavə Rusiyanın atlet yığmasında olan bir dostum böyük müsabiqələrə aid hesabatlarını bizimlə bölüşür. Təbii ki, bu da işimizə müsbət təsir göstərir.

– Quliyevin çempion olmasından bir neçə dəqiqə sonra baş nazir Binali Yıldırım, prezident Rəcəb Tayyip Ərdoğan, gənclər və idman naziri Osman Aşkın Bak onu təbrik etdi. Türkiyəyə qayıtdıqdan sonra kimlərlə görüşdünüz?

– Bizə verdikləri dəstəyə görə Türkiyə prezidenti Ərdoğana və Azərbaycan prezidenti İlham Əliyevə minnətdarıq. Həmçinin, baş nazir Binali Yıldırım, gənclər və idman naziri Osman Aşkın Bak və “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım sevincimizə sevinc qatdı. Hər birinə bir daha təşəkkür edirik. 16 avqustda Ankarada prezident və baş nazirlə görüşəcəkdik, vaxtın az olması ilə əlaqədar görüşümüz başqa bir zamana təyin edildi. Sağlıq olsun, onlara uyğun bir zamanda görüşməkdən çox məmnun olacağıq. Bizim işimiz idmandır, mənsub olduğumuz kluba, təmsil etdiyimiz ölkəyə və doğulduğumuz vətənə olan borcumuzu yerinə yetirməkdən qürur duyuruq; bu, hər zaman belə olacaq. 18 avqustda dünya çempionu Ramil Quliyev İngiltərənin Birmingem şəhərində beynəlxalq atletika turnirinə qatılacaq. Daha sonra isə bir müddət dincəlməli olacaq. Payızdan başlayaraq, gələn il keçiriləcək Avropa çempionatına hazırlaşacağıq. Dediyim kimi oradakı hədəfimiz qitə çempionu olmaqdır.

Yenicag.az

www.yenicag.az

991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv