!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həmin şəxsi azad etmək istəyirlər” – Xəsarət yetirilmiş jurnalistdən ETİRAZ

!Reklam – Yazi

Hücuma məruz qalaraq, xəsarət almış jurnalist Zülfüqar Xeyirxəbər onu vurmuş şəxsin azadlığa buraxılacağından şübhələnir.

Yenicag.az xəbər verir ki, jurnalist özünün “Facebook” profilində paylaşdığı statusda şübhələrini ifadə edib.

Zülfüqar Xeyirxəbər işə baxan hakim və müstəntiqin davranışlarının işə obyektiv baxılacağına şübhə yaratdığını vurğulayıb:

“Salam, dostlar. Bu gün mənə xəsarət yetirən xuliqanın məhkəməsi olmalıdır. Amma nədənsə, müstəntiq məhkəmənin vaxtını dəqiq demir. Mənə elə gəlir ki, həmin şəxsi azad etmək istəyirlər.

Həmin şəxsin ötənilki xuliqanlığı barədə müstəntiqə sənədlər verdim, qəbul etmədi. Deyir, onun bu işə aidiyyatı yoxdur. Xəzər rayon Məhkəməsində baxılacaq bu gün. Amma saat bəlli deyil.

İşə Tərlan Əkbərov (012) 454 33 28 baxacaq. Onunla da danışmaq mümkün deyil. Nömrə cavab vermir. Müstəntiqin davranışlarından xoşum gəlmədi. İfadəmi təhrif etməyə cəhd etdi”.

www.yenicag.az

1191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv