Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Həmişə Vətənimə xidmət etmək arzusu ilə yaşamışam” - VİDEO

Pəncəli Teymurov 1981-ci ildə Astaranın Əzərüd kəndində anadan olmuşdu. Asxanakaran kənd orta məktəbində orta təhsil aldıqdan sonra rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, əsgərliyi başa vurub könüllü olaraq xidmətini davam etdirmişdi.

Milli Orduda xidmət göstərdiyi 17 il ərzində hərbi tapşırıqları uğurla yerinə yetirdiyinə görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunmuşdu. Ən böyük mükafatı isə 2015-ci il iyunun 24-də almışdı.

O vaxt işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu.

Aprel şəhidi gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində işğalçı orduya qarşı döyüşə atılmış və döyüş dostları Murad Mirzəyev, Samid İmanov və Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında, həmçinin Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmişdir.

Aprelin 3-də isə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuş, döyü mövqeyini qorumuşdu. Pəncəli 2013-cü il avqust günlərinin birində doğmalarının, el-obanın şadyanalıq etdiyi toyunda ona xoşbəxtlik arzulananda, o da özünün ən müqəddəs arzusunu dilə gətirərək demişdi: “Əzizlərim, insanın elə arzusu olur ki, ona qovuşmaq elə də asan deyil. Amma ömrünün sonunadək bu istəyi qəlbinin dərinliklərində əzizləyərək yaşadır… Mən belə bir arzumu bu bəxtəvər günümdə sizə də bildirmək istəyirəm, sidq ürəklə, səmimi qəlblə deyirəm ki, hər saat, hər an xalqım üçün, torpağım, Vətənim üçün gərəkli olmaq istəyirəm”.

…Aprel döyüşlərində həlak olan Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib. Misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub./“Xalq qəzeti”/

www.yenicag.az

22341