!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həmkarları müxalif deputatı TOPA TUTDULAR: "Qeyri-demokratik yolla seçildiyini bəyan edirsə, onda..."

!Reklam – Yazi

Milli Məclisin REAL Partiyasından olan deputatı Erkin Qədirlinin Erkin Qədirlinin “demokratik yolla seçilmədiyi”nə dair etirafı ölkə gündəmində ciddi müzkirə olunur.

Milli Məclisin deputatı Erkin Qədirlinin birmənalı qarşılanmayan fikrinə münasibət bildirən Milli Məclisin deputatı Cavid Osmanov Yenicag.az-a açıqlamasında deyib ki, bu cür fikirlər xalqın iradəsinə, milli maraqlarımıza və onun öz seçicilərinə qarşı hörmətsizlikdir.

“Kimsə Azərbaycandakı seçki sisteminə kölgə sala bilməz. Təəssüf doğuran məqam isə odur ki, belə bir fikri hazırda Milli Məclisin üzvü olan müxalif Erkin Qədirli səsləndirib. Erkin Qədirlinin bu fikirləri əsla başa düşülən deyil. Bu cür fikirlər xalqın iradəsinə, milli maraqlarımıza və onun öz seçicilərinə qarşı hörmətsizlikdir. Ölkəmizdə seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Əminliklə bildirirəm ki, seçkilər xalqın iradəsini əks etdirir”.

Milli Məclisin deputatı Elman Nəsirov da mövzuya biganə yanaşmayaraq öz fikirlərini səsləndirib:

“Həmkarımız Erkin Qədirli ya müxalifətçiliyi milli nihilizm hesab edir, ya da onun təsəvvüründə bu iki ifadə artıq çoxdan sinonimləşib. İlk ağla gələn versiya ondan ibarətdir ki, Erkin Qədirli ilk növbədə özünün qeyri-demokratik yolla seçildiyini bəyan edirsə, bəs onda niyə mandatından imtina etməyib? Yoxsa daxilindəki gizli vəzifə hərisliyi qarşısında əlində bayraq etdiyi ədalət hissi qürubamı çəkilib? Bəlkə müxalifətçilik “ağa qara demək” formulundan başlayır kimi ucuz təbliğata uyaraq bu “etiraf”ı edibdir? Olmaya xaricdəki “dostlar”ımızdan “REAL özünü yaxşı aparmır” iradları daxil olub və onun qarşılığında həmkarımız adekvat davranış ortaya qoyub? Suallar çoxdur”.

Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, həmkarım fikir və qənaətlərində azaddır:

“Ancaq Elkin Qədirlinin Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil. Bu, ən azı bir sıra suallara yol açır. Məsələn, əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Üstəlik, Erkin bəy nəinki qanunverici orqanda deputat kimi seçicilərini, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda və dostluq qruplarında da Milli Məclisi təmsil edir. Yaxud, əgər həmkarım həqiqətən seçicilərinin səslərini qazanıb-qazanmadığını bilmirsə, bu ona dəlalət edirmi ki, bütün deputatlara münasibətdə bu qənaətə gələ bilər və ya heç bir deputat xalqın səsini qazanmayıb?

Demokratiyanı şübhə altına salan həmkarımdan fərqli olaraq mən düşünürəm ki, hər kəs öz mövqeyində, söylədiklərində və dünyagörüşündə azaddır. O cümlədən, təmsil etdiyi orqanı belə demək mümkündürsə, bəyənmirsə, yenə də qərarı özü verməlidir. Biz sadəcə olaraq təəssüf edə bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv