Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, yerli sakin mübahisə zəminində öz həmkəndlisi, 1988-ci il təvəllüdlü Fidar Hüseynova 17 bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.