Həmsədrlər təcili İrəvana gedir

publishableATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana gedəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tigran Balayan sosial şəbəkədə qeyd edib.

Erməni rəsmisinin bildirdiyinə görə, aprel ayının 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşəcək.

Həmsədrlər İrəvanla yanaşı Azərbaycana da səfər edəcəklər. Onlar səfər çərçivəsində İrəvan, Xankəndi və Bakıda görüşlər keçirəcəklər.