!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həmsədrlərdən Azərbaycan və Ermənistan XİN başçılarına Milanda görüş təklifi

!Reklam – Yazi

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib.

O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: “Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular./Report/

www.yenicag.az

2709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv