!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həmsədrlərə izah olunmalıdır ki, Qarabağ münaqişəsi artıq həll olunduğu üçün...” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu öz missiyasını icra edə bilmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərindən imtinasının adıçıkilən formatın ləğvinə zəmin yaratdığını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq Minsk qrupuna ehtiyac qalmadığına dair mövqeyini bildirməlidir:

“Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdı və məqsəd Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçilik etmək idi.

Lakin Minsk qrupu mövcud olduğu müddət ərzində işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana heç bir fərq qoymadı. Hətta bir çox hallarda işğalçını şirnikləndirən mövqedən çıxış etdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə və işğal altındakı ərazilərimizin böyük hissəsinin azad edilməsi Minsk qrupuna ehtiyac olmadığı reallığını yaradıb.

İndiki vəziyyətdə rəsmi Bakı Minsk qrupunun həmsədrlərinə izah etməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunduğu üçün bu formatın mövcudluq zərurətini aradan qaldırıb. Bu məsələdə qətiyyətlə davranmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv