Həmyerlimizin Moskvada böyük uğuru – Şamil Tağıyevə Hökumət adından fərman təqdim edildi

14506932266103561774_1000x669Moskvadakı Millətlər Evində paytaxtın gənclər və diaspor təşkilatları fəallarının görüşü keçirilib. Rusiya Qafqaz Xalqları Konqresinin dəstəyi ilə təşkil olunmuş tədbirdə başa çatmaqda olan ilə yekun vurulub. Milli nümayəndəliklərin ən fəal əməkdaşlarına Moskva Hökuməti adından fərmanlar təqdim edilib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsinin icraçı direktoru, Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi Fondunun direktoru Şamil Tağıyev “Moskva şəhərində millətlərarası qarşılıqlı münasibətlərin və həmrəyliyin inkişafına verdiyi töhfəyə görə” Moskva Hökumətinin və Moskva şəhəri milli siyasət, millətlərarası əlaqələr və turizm departamentinin fərmanı ilə təltif olunub.

14506932265742640786_1000x669 14506932266103561774_1000x669