Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Hər bir Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarının yanında olmalıdır”

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta İnternat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib.

Yenicag.az xəbər verir ki, tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis-polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak edib.

Natiqlər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla kəskin mübarizə aparmasından bəhs ediblər. Fuad Əliyev baş idarənin fəaliyyət istiqaməti və görülən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda, o, DİN-nin insan alveri qurbanlarına kömək fondu və insan alveri qurbanlarının sığnacağı haqqında danışıb.

Ramiz Alıyev isə vətəndaş cəmiyyətinin bu yöndə apardığı fəaliyyət, görülən işlər barədə çıxış edib, eyni zamanda cənab Prezident tərəfindən təyin olunan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında məlumat verib və Milli Koordinatorun bu cinayət növü ilə bağlı qətiyyət nümayiş etdirməsini xüsusi vurğulayıb. Natiq çıxışı zamanı bildirib ki, “hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”.

Tədbir sual-cavab ilə davam edib. Sonda DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi tədbir iştirakçılarına nümayiş olunub.

www.yenicag.az

2791
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM