“Hər bir azərbaycanlı bu petisiyaya imzasını atmalıdır” – Azər Verdiyev

azerrrrrABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit dekabrın 17-də qanunverici orqana “Azərbaycan demokratiya aktı 2015” adlı layihə təqdim edib.

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ABŞ Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst qanun layihəsinə etiraz kampaniyasına start veriblər.

Ermənipərəst konqresmen Kristofer Smit tərəfindən irəli sürülmüş qərəzli qanun layihəsinə etiraz edən müvafiq elektron petisiya yaradılıb. Petisiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan (Paul Ryan), qanun layihəsinin müzakirə olunacağı Xarici Əlaqələr, Hüquqi Məsələlər və Maliyyə Komitələrinin sədrlərinə ünvanlanıb.

Petisiyaya münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri, politoloq Azər Verdiyev analoji adımın atılmasını məqsədəuyğun hesab edib: “Petisiyada sözügedən qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü açıq-aydın vurğulanır və bu baxımdan tam qərəzli xarakter daşıdığı bildirilir. Erməni lobbisi tərəfindən maliyələşən Kristofer Smitin ən əsas məqsədi Azərbaycana və onun ABŞ-la münasibətlərinə mümkün qədər ziyan vurmaqdır. Azərbaycana qarşı patoloji nifrət bəsləyən erməni lobbisi Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır. Azərbaycan ilə ABŞ-ın indiyədək terroçuluğa ve ekstremizmə qarşı mübarizə, enerji təhlüksəziliyi və digər sahələrdə uğurla əməkaşlıq edir. Bu baxımdan hesab edirəm ki, Vətəndaş cəmiyyətinin bütün subyektləri, media, diaspor təşkilatları petisiyanın imzalanmasında fəal iştirak etməlidir. Mən hər kəsi petisiyaya qoşulmağa çağırırıam. Bu petisiya birmənalı şəkildə bizim mövqeyimizin ən bariz təzahürüdür. Biz ölkəmizə qarşı olan hər hansı haqsızlığa İKT-nin bütün mümkün imkanlarından istifadə edərək cavab verməliyik. Hər bir azərbaycanlı bu petisyaya imzasını atmalıdır”

Qeyd: Biz Azərvaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində, xüsusən də Slavyan ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycan dostlarını bu petisiyanı imzalamağa dəvət edirik. Petisiya ilə bu linkdə tanış olmaq olar.

https://www.change.org/p/reject-the-racist-anti-azerbaijani-bill-at-u-s-congress