“Hər bir komanda ilə oynamağa hazırıq” – Cavid Hüseynov

Hesab 2:0 olsa da, çox ağır oyun keçdi. Belə çətin olacağını gözləyirdik”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin

“Yagelloniya” ilə cavab oyununda (2:0) sonra açıqlamasında deyib.

“Qəbələ”nin ikinci qolunda gözəl ötürmə ilə yadda qalan təcrübəli yarımmüdafiəçi qarşılaşmanı belə şərh edib:

“Bilirdik ki, evdə güclü oynayan rəqib sürətli futbol göstərir. Azarkeşləri də bir dəqiqə dayanmadan matç boyu komandalarına dəstək verdi. Bizim üçün isə əsas nəticə idi. Oyunumuz o qədər ürəkaçan alınmasa da, qələbə qazandıq. Sevinirik ki, nəticə qazanıb, mərhələ keçdik. İkinci qoldakı assistentliyimə gəlincə, mən ötürmələr verməyi xoşlayıram. Çalışıram ki, belə imkanları qaçırmayım. Həmin epizodda Filipin göz işarəsini gördüm və dərhal ötürmə verdim. O da imkanı qaçırmayaraq qol vurdu”.

Milli komandamızın üzvü növbəti rəqibləri “Panatinaikos” haqda da fikirlərini bildirib:

“Bu komandayla əvvəl də qarşılaşmışıq. Amma mən həmin matçlarda olmamışam. Bizim üçün əsas bu mərhələ idi ki, onu da arxada qoyduq. İndi növbəti rəqibi təhlil edib, güclü və zəif tərəflərin öyrənəcəyik. Artıq hər bir komanda ilə oynamağa hazırıq və matçdan-matça artıracağıq. “Yagelloniya”dan tam hazır olmadığımız üçün bir az geri qalırdıq. Hazır olduğumuz vaxtda bu komanda ilə asanlıqla oynayardıq. Düşünürəm ki, növbəti matçlara da hazır olacağıq”.

Yenicag.az

COP29