“Hər çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil” – Qurbanov

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Ta Qali milli stadionunda keçirilmiş Malta – Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, onlar 1:1 hesablı heç-heçəni belə şərh ediblər:

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm. Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.

Raymond Farrucia (Malta milli komandasının baş məşqçisi): “Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bu oyun komandam üçün olduqca önəmli idi”.

COP29