“Hər gün cəbhədən Ermənistana meyit getməlidir” – Millət vəkili

Xəbər verdiyimiz kimi, Bakıda Uluslararası Qarabağ forumu keçirilir.

Yenicag.az-ın verdiyi məlumata görə, təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər çıxışında hərbi gücün artırılmasına diqqət çəkərək bildirib ki, Türkiyə ilə hərbi ittifaq yaradılmalıdır:

“Türkiyə ilə hərbi ittifaq qurmalıyıq. Türkiyənin Azərbaycanda hərbi bazası yaradılmalıdır”.

Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, Dağlıq Qarabağın hərbi yolla həlli risklər tələb edir:

“Əgər hərbi yolla cəhd edilsə, beynəlxalq aləmdə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilərlər. Biz kiçik dövlətik. Azərbaycan xalqının iradəsi olduğu təqdirdə dövlətlərin mövqeyini dəyişə bilərik. Bu problemin sülh yolu ilə ədalətli həlli mümkün deyil. Sülh danışıqları sadəcə vaxt itkisidir. Raketlər alırıq. Həmin raketlərin bəlli bir istifadə edilmə müddəti var. Sonra o rekatlərə milyonlarla pul xərcləyib utilizasiya etməliyik. Mənə görə, o raketlər alınıbsa, istifadə edilməlidir.

Azərbaycan ordusu çalışmalıdır ki, hər gün Ermənistan əsgərini öldürsün. Böyük hərbi əməliyyatlara başlamadan hər gün Ermənistana meyit getməlidir. Ermənilər daim təzyiqi hiss etməlidir”.

Səxavət Məmməd

COP29