!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər gün gəncləşən “yorğunluq sindromu”

!Reklam – Yazi

Dinamik həyat tərzi, stress, ailə-məişət qayğıları insanlarda narahatlıq duyğusunu artırmaqdadır.

Aparılan araşdırmalar zamanı məlum olub ki, işdə daimi narahatlıq, sosial şəbəkələrdə aqressivlik, tez-tez səslənən “bağışla, amma vaxtım yoxdur” kimi bəhanələr gənc işçilər arasında sürətlə yayılır. Əvvəllər bu hala həkimlər “Burnout halı” deyirdilər. Bu ilin may ayında Dünya Səhiyyə Təşkilatının “Burnout halı”nı tibbi vəziyyətdən sindroma dəyişdirməsi, sadəcə, bunun nə qədər ciddi olduğunu sübut etdi. Bu, xəstəlik sayılmasa da, sindrom kimi ciddi nəticələrə səbəb ola bilər.

Bu sindrom barədə psixoloq Milda Pivoryute öz “araşdırmasında yazır: “Bəziləri depressiyadan daha prestijli və cəlbedici olan statusun simvolu kimi yorğunluqdan danışmağa başlayırlar. Depressiyanın guya bir uğursuzluq və tükənmənin qaliblər üçün bir mükafat olduğu hesab olunur. Nə qədər yorğun və məşğulsansa, sosial statusunuz bir o qədər yüksəkdir.”

Psixoloq öz şəxsi təcrübələrini də qeydə alıb. Yazıb ki, öz həyat tərzi və işinin çoxluğu səbəbindən 27 yaşında yuxusuzluq və iştahasızlıqdan ciddi əziyyət çəkərək, anoreksiya kimi ağır xəstəliyə düçar olub: “Biz hazırda əməksevərliyin yüksək qiymətləndirildiyi cəmiyyətdə yaşayırıq. Bu zəhmət professional uğur və status gətirir. Lakin əvəzində yorğunluq, tələskənlik, vaxt çatışmazlığı yaranır. İnsanlar tədricən ailə və şəxsi münasibətlərini karyeraya qurban verməkdə problem görmürlər və bunlar gələcəkdə ailə münasibətlərinə təsir edir. İnsanlar daha övlad sahibi olmaq istəmədiyindən inkişaf etmiş və etməkdə olan ölkələrdə əhalinin sayı azalır”.

Hazırda ölkə rəhbərlikləri, psixoloqlar, sosioloqlar həyəcan təbili çalır. İnsanlara daha çox dincəlmək, təbiətlə baş-başa qalmaq, ailə və sevdiklərinə vaxt ayırmaq tövsiyə olunur. Sağlam həyat tərzi dəbə çevrilsin deyə, müxtəlif proqramlar tətbiq edilir.

Son hesablamara əsasən, Avropada 730 milyon insan yaşayır. Əhali artımı dünyanın digər qitələrinə nisbətən yavaş və orta yaş nisbətən yüksəkdir. Doğuş nisbətinin aşağı olduğu ölkələr arasında Çin, ABŞ, Braziliya, Rusiya, Yaponiya, Vyetnam, İran, Tayland və Birləşmiş Krallıq da var. Avropada isə ən acınacaqlı durum İtaliya, İspaniya, Polşa və Almaniyadadır. Bu ölkələr də azalan əhali sayını miqrantlar hesabına əvəz etməyə çalışırlar. Mütəxəssislər qaçqın və miqrant axınının xüsusən, Avropada məhsuldarlığın azalmasını kompensasiya etdiyini, ancaq əhalinin ümumi azalmasına mane olmadığını söyləyirlər.

www.yenicag.az

1423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv