Hər gün yediyimiz QİDALAR: “Quranda haram olan…” – AÇIQLAMA

Son günlər sosial şəbəkə istifadəçiləri yediyimiz bəzi qidaların tərkibi ilə bağlı öz narahatlıqlarını bildirir. Belə ki, gündəlik olaraq tükətdiyimiz şokolad, yoqurt, qatıq və s. kimi qidaların tərkibində “E120” adlı rəngləndirici maddə olduğu bildirib. Həmin maddə isə qurddan hazırlanır. Əhalinin narahatlığı isə odur ki, bu tip maddələr ehtiva edən qidaları yemək dinimizdə haramdır.

Bəs bu məlumat nə dərəcə doğrudur? Həqiqətən də hər gün yediyimiz qidalar “günah” sayılır mı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən islamşunas Elşad Miri bildirib ki, əgər həmin qidalar standartlara uyğundursa, narahatlığa əsas yoxdur:

“Ona qalsa, bu dəqiqə bəziləri “İslam fiqh”i anlayışına əsasən çəyirtkənin yeyilib-yeyilməyəcəyini müzakirə edir. Hamımız bilirik ki, alkoqol haramdır. Amma ondan hazırlanan tort, şokolad və ya fərqli bir qida yeyiləndə haram kimi baxılmır. Çünki həmin an alkoqol öz xüsusiyyətini itirmiş olur.

Yaxud da istifadə etdiyimiz kolonyaların tərkibində 80 faiz spirt var. Amma biz onu içmirik. Təmizlik üçün istifadə edirik. Burada bir problem yoxdur. Rəngləndirmə də həmçinin. Əgər sağlamlığa bir problem yaratmırsa, zəhərlənməyə səbəb olmursa, narahat olmaq lazım deyil.

Bir məqamı da qeyd edim ki, Quranda qida ilə bağlı tək haram olan donuz ətidir. Yeyilməsi qadağandır, amma ükündən istifadə etmək olar.

İnsana orqan köçürülərkən belə, donuz damarından istifadə edilir. Rəngləndiriclərə də eyni prizmadan yanaşmaq lazımdır”.

Şahanə Paşa

COP29