!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər kəs 1 manat yardım etsə…

!Reklam – Yazi

xxx“Səsimi eşidən hər kəs 1 manat yardım etsə, anam həyatda qalar”.

“Qafqazinfo” vasitəsilə kömək istəyən Vasif İsmayılov anasının vəziyyətinin çox ağır olduğunu bildirib.

Onun sözlərinə görə atası ötən il dünyasını dəyişib, bir anası ilə yaşayır. Ancaq onu da təcili əməliyyat etdirməsə, itirə bilər:

“Anama keçən ilin fevral ayında ağır dərəcəli xroniki hepatit və qaraciyər serrozu diaqnozu qoyulub. Həkim davamlı müalicə olunsa, qaraciyərinin 3 il davam gətirəcəyini demişdi. Ancaq atam rəhmətə gedəndən sonra vəziyyət dəyişdi və müalicəsini davam etdirə bilmədik. Hazırda vəziyyətinin getdikcə pisləşdiyini görürəm. Dolanmaq üçün işləyirəm, evə gələndə görürəm ki, susuzluqdan yanır. Nə edim, başqa bir tanışımız da yoxdur ki, baxsın. Maaşım 200 manatdır və bu məbləğlə mən onun əməliyyat xərclərini qarşılaya bilmərəm. Həyatda bir tək anam var, onu da itirmək istəmirəm. Əməliyyatlar üçün 200 min manat lazımdır. Səsimi eşidən 200 min insan bir manat yardım etsə, bu pul yığılar”.

Ailəyə dəstək olmaq istəyənlər üçün: Əlaqə nömrəsi: 077 747 67 77 Milliön vasitəsilə: Bank xidmətləri – AGbank – cari hesaba mədaxil – birinci bölməyə 333794 – doğum tarixi bölməsinə 05.12.1991. Ünvan: Zahid Qəmmbərov küçəsi, döngə 1, ev 53

Hər kəs 1 manat yardım etsə...

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv