!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər kəs Prezidentin ətrafında birləşməlidir – Azər Verdiyev

!Reklam – Yazi

????????????????????????????????????

Dünyadakı baş verən proseslərə baxmayaraq, Azərbaycan inkişaf edir və bu göz qabağındadır. Ölkəmizin yerləşdiyi geosiaysi məkanda oynadığı rol, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündəki fəaliyyəti hamıya məlumdur. Təbii ki, Azərbaycan dünayaya inteqrasiya edib və dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməzdi. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin dayanıqlı iqtisadi inkişaf stategiyası sayəsində həmişə öz inkişaf tempini təmin edəcək. Dünyada qlobal maliyyə-iqisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı olaraq addımlar atılır. Sahibkarlığın inkişafı üçün atılan addımlar, onlara qarşı süni maneələrin aradan qaldırılması, yoxlamaların azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi, infrastukur layihələrin dayanmadan həyata keşirilməsi buna sübutdur. Dünyada baş verən proseslərə ölkəmiz adekvat cavab verir. Əlbəttə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması Prezidenimizin qeyd etdiyi kimi iqtisadi yox, siyasi amillərlə bağlıdır. Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir. Bu gün kicik məisət problemlərini şişirdib ondan təxribat məqsədləri üçün istifadə etmək istəyənlər var. Belə vəziyyətlərdə kimsə ortaya çıxır, süni qiymət artımı hallarına yol verir və s. Bunlara qarşı birgə mübarizə aparmalıyıq. Belə halların qarşısını almaq üçün cənab Prezidentə dəstək olmalıyıq. Hər birimiz öz işimizlə düzgün məşğul olarıqsa neqativ prosesləri önləmiş olarıq. Prezidentimizin verdiyi qərarlar, Onun qətiyyətli addımları yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlərə tutarlı cavabdır. Dövlət başçısının atdığı addımlar vətəndaşların maraqlarına xidmət edir. Un və çörəyin qiyməti aşağı düşməsi, əmək pensiyalarının artırılması ictimaiyyət tərəfindən tam dəstəklənir. Yəni yaranmış vəziyyətdən, manatın devalvasiyaya uğramasından kimlərsə şou düzəltməməlidir. Biz insanlar arasında izahat işləri aparmalıyıq, bu prosedə KİV-lərin də rolu var. Ümumilikdə isə problemlərin həlli ilə bağlı sistemli tədbirlər həyata keçirilir.

Tariximizi dərs almağın zamanıdır

Tarixə nəzər salsaq görərik ki, zaman-zaman Azərbaycana qarşı parçala və hökmranlıq et siyasəti aparılıb. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra sərhəd Araz çayı olmaqla Azərbaycan torpaqları Şimal və Cənub olmaqla iki yerə bölündü. Bundan sonra isə bütün istiqamətlər üzrə torpaqlarımız hissə-hissə bölünərək qonşu dövlətlərin ərazisinə birləşdirildi. Bundan sonra isə ermənilərin ölkəmizə kütləvi şəkildə köçürülməsi prosesi başlanıldı. Təqdim edəcəyim videoda isə bu ardıcıllıq tam təfsilatı ilə təqdim olunur.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökmək üzrə idi. 1989-cu ilin dekabrında muxtar respublikada sərhədlərdəki dirəklərin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Parçalama siyasəti bugün də davam edir

Heydər Əliyev tərəfindən əsasə qoyulan siyasət bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çox təəssüflə qeyd etməliyik ki, müxtəlif istiqamətlərdə ölkəmizə qarşı açıq siyasi təxribatlar davam etdirilməkdədir. Bu yaxınlarda din pərdəsi altında Nardaranda baş verən proseslər, eyni zamanda, devolvasiya bəhanəsi ilə regionlarda başlanan kortəbii etiraz yığıncaqlar əslində müstəqilliyimizə, sabitliyimizə yönəlik təxribat kimi qiymətləndirilməlidir. Biz yüzlərlə şəhidi elə-belə verməmişik. O şəhidlərin qanı bahasına müstəqillik kimi qiymətsiz nemətə sahib omuşuq. Hər kəs Prezidentin ətrafında sıx birləşməklə gücümüzü ortaya qoymağı bacarmalıyıq.

Azər Verdiyev

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri,

icmalçı

https://youtu.be/jQDK_zB2ak0

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv