Hər kəsi ŞOKA SALDI: 4 il öncə ölüb, amma… – FOTOLAR

ABŞ-nin Missouri ştatında maraqlı hadisə baş verib.

Yenicag.az xəbər verir ki, ştatın Qover əyalətində 4 il öncə 95 yaşında vəfat edən Vilhelmina Lankaster adlı rahibə məzarından çıxarılıb. Onun cansız bədəninə rahibə kostyumu geyindirilib və kilsədə “möcüzə” adı altında sərgilənib.

Əhalini təəccübləndirən məqam isə onun cəsədinin qəti çürüməməsi olub. Lankaster bir müddət muzeydə sərgiləndikdən sonra yenidən basdırılacaq.

Baş verən hadisə sosial şəbəkələrdə gündəm olub. İnsanlar onun 4 il ərzində necə çürümədiyini anlaya bilməyib. Hətta bir qisim kütlə onun ilahi gücləri olduğunu iddia edib.