Çay çox faydalı içkidir. Onun tərkində olan qiymətli maddələr ürək-damar və onkoloji xəstəliklərin riskini azaldır, orqanizmin tonusunu artırır, gümrahlıq verir.
Lakin çaya əlavə olunan şəkər onun faydalı xüsusiyyətlərini xeyli azaldır və hətta bəzi pozulmaların inkişfına səbəb olur.
Qida mütəxəssisləri qara və yaşıl çaya şəkər əlavə etməyi tövsiyə etmirlər.
Saglamolun.az xəbər verir ki, şirin çay köpə və meteorizmə səbəb olur. Bu pozulmalardan əziyyət çəkirsinizsə, şirin çaydan imtina edin.
– Artıq çəkidən əziyyət çəkənlər şirin çaydan ümumiyyətlə imtina etməlidir. Rusiya mütəxəssiləri maraqlı eksperiment aparıblar. Onlar eksperiment iştirakçılarına 1 ay ərzində şirin çaydan imtina etməyə tapşırıblar. 1 aydan sonra məlum olub ki, qidalanmasında heç bir başqa dəyişiklik etməyən bu insanlar 1,5-2 kq çəki itirib.
– Şirin, xüsusilə də çox şirin çay (3-4 ç.q) qanda şəkərin səviyyəsinin tez yüksəlməsinə və sonra da tez düşməsinə səbəb olur. Şəkər düşəndə biz aclıq hiss etməyə başlayırıq. Beləliklə, şirin çay acdırır və bizi əlavə kalori qəbul etməyə vadar edir.