“Neçə vaxtdır yata bilmirdi, yemirdi, yediyini qaytarırdı”.
Bu sözləri qızı Aytən Həsənova atası – tanınmış aktyor, Xalq artisti Ənvər Həsənovun səhhəti barədə danışarkən Yenicag.az-a açıqlamasında deyib.
O, atasının müalicəyə başladığını bildirib:
“Atamın halı pisdir. Neçə vaxtdır yata bilmirdi, yemirdi, yediyini qaytarırdı. Ağrıları getdikcə artmışdı. Məcbur olub, xəstəxanaya apardıq. 5 gündür xəstəxanada müayinələr aparılır, analizlərin cavablarına baxılır. Müalicə yazılıb, evdə dava-dərman olunur. Nə illah etdik, xəstəxanada qalmadı, müalicəyə də güclə başladı. Deyir, xəstəxananın adını çəkmə yanımda. Görək, müalicənin təsiri necə olacaq? Hər şey Allahın əlindədir”.
Cəvahir