“Hər yer işləməlidir”- Adil Qeybulladan ÜST-nin cağırışına REAKSİYA

“Karantin iqtisadiyyata da ciddi ziyan vurur. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı görür ki, artıq dünya karantindən çox əziyyət çəkir. Buna görə də qurum karantinə son qoyulması qərarı ilə dünya ölkələrinə çağırış edir”.

Bunu Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının karantinə son qoyulması ilə bağlı dünya ölkələrinə etdiyi çağırışa münasibət bildirərkən deyib.

A.Qeybulla bildirib ki, karantinin uzanması insanların immun sisteminə ciddi ziyan vurur:

“Bəzən insanlar karantinə son qoyulması çağırışını düzgün anlamır. Biz demək istəyirik ki, evdə qalmaq insanların immun sistemini aşağı salır, onlar depressiyaya düşür, stress yaşayırlar ki, bu da, uzun müddət belə davan edə bilməz, belə olmaz. Artiq bundan uzaqlaşmaq lazımdır. ÜST də bunu deyir. Buna görə də davranış qaydalarını dəyişərək, sosial həyatı davam etdirməliyik”.

Professor davranış qaydalarının dəyişdirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasını məqsədəuyğun hesab edir:

“Yəni hər yer işləməlidir, sosial həyat davam etməlidir. “Evdə qal” karantinindən uzaqlaşmaq lazımdır. Amma bu da o demək deyil ki, marketlərə, digər iaşə müəssisələrinə maskasız daxil olmalısan, deyilən qaydalara əməl etməməlisən. Əslində biz bunu may ayından deyirdik, amma nə olsun, xeyri yoxdur. İnsanlar karantinə son qoyulmasının mahiyyətini başa düşməlidir. İctimai yerlərdə sosial məsafə gözləməli, maska taxmalıdır. Bunun üçün də ciddi maarifləndirmə tədbirləri aparılmalıdır”.

Cəvahir

COP29