“Hərbçilər” Azərbaycan futbolu tarixinə necə düşdülər?

I Liqa təmsilçisi MOİK Azərbaycan futbolu tarixində 300 qələbəyə çatan 5-ci komanda olub.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, komanda V turda “Karvan”ı 3:0 hesabı ilə məğlub etməklə bunu reallaşdırıb.

1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu matçında nail olub. Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.
Qeyd edək ki, yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” 300-dən çox qələbə qazanıb.