Hərbçiləri daşıyan yük avtomobili aşdı – 10-dan çox yaralı var / VİDEO – YENİLƏNDİ 

 

***

16:49

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Yenicag.az-ın məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.