Hərbçilərimiz İran gəmisini ziyarət edib – FOTO

Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib.

Yenicag.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.

İlk olaraq İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən” raket katerini ziyarət ediblər.

Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər.