Rusiya hərbçilərinin parodiyasını dərc edən Nikolay Lebedev adlı bloqer miqrasiya qanunlarını pozduğu üçün Rusiyadan Moldovaya qovulub.
Yenicag.az xəbər verir ki, bloqerin olduğu təyyarə Moskva vaxtı ilə saat 07:00-da Domodedovo hava limanından havaya qalxıb.
Onu da deyək ki, noyabrın 9-da Moskvanın Presnenski Məhkəməsi immiqrasiya qanunlarını pozduğuna görə Nekoqlaya 5 min rubl cərimə kəsilməsi və ölkədən çıxarılması barədə qərar çıxarıb./Unikal/