Hərbçimiz minaya düşərək həlak oldu – RƏSMİ

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Faktla bağlı araşdırma aparılır.