!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbçimizin ermənini öldürməsilə bağlı açılan CİNAYƏT İŞİ: "Əsgər vəzifə borcunu yerinə yetirib və..."

!Reklam – Yazi

“Şuşada bir erməni Azərbaycan əsgərlərinə qarşı terror aktı törətdi, xoşbəxtlikdən əsgərlərimiz bunu yüngül yara ilə sovuşdurdu. Nizamnamələrə uyğun əsgərlər silah işlədib həmin terrorçunu məhv edə bilərdilər, ancaq bunu etməmişdilər. Sülhməramlılar həmin terrorçunu Ermənistan tərəfə təhvil vermişdilər. Xocavənddə baş verən hadisədə isə əsgər öz vəzifə borunu yerinə yetirərək silahla davranıb”.

Bunu dekabr ayının 3-də Xocavənd rayonunun Qurusu məntəqəsində hərbi postumuza hücum edərək əsgərimizin silahını əlindən almağa çalışan erməni Seyran Sarkisyanın hərbçimiz tərəfindən zərərsizləşdirməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Xocavənddə baş verən hadisədə döyüş növbətçiliyi aparan hərbi qulluqçu öz vəzifə borcunu yerinə yetirib:

“Əsgərimiz hətta silah əldə etmək istəyən şəxsi xəbərdarlıq atəşi açmadan da zərərsizləşdirə bilərdi. Buna baxmayaraq, əsgərimiz xəbərdarlıq atəşi açıb, daha sonra özünü və mövqeyini qorumaq məqsədi ilə hücum edən şəxsi məhv edib.

Bəziləri deyir ki, Hərbi prokurorluq əsgərə qarşı cinayət işi açıb. Nəzərinizə çatdırıram ki, hər bir fakt üzrə cinayət işi açılır. Araşdırma aparılır. Təhqiqat nəticəsində bilinir ki, əsgər nizamnamədən kənara çıxıb, yoxsa yox. Nazirliyin açıqlamasında açıq-aydın görünür ki, əsgər vəzifə borcunu yerinə yetirib və nizamnamədən kənara çıxmayıb”.

Səxavət Məmməd

www.yenicag.az

1751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv