Hərbçinin yol qəzasında ölümü ilə bağlı araşdırma başladıldı

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

COP29