Kabildə hərbi akademiyaya hücum olub.
Yenicag.az xəbər verir ki, hadisə Marşal Faxim adına Milli Müdafiə Universitetində baş verib. Universitetin yerləşdiyi ərazidə atışma baş verib və partlayış səsləri eşidilib. Nəticədə 5 hərbçi həlak olub, 10-u isə yaralanıb.
Hadisəni İŞİD terror təşkilatı öz üzərinə götürüb.