Hərbi anbarda partlayış – Türkiyədə

Türkiyənin cənubunda Hatay vilayətində hərbi hissələrin birində hərbi anbarda partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissənin yaxınlığında evdə olan insanlar təxliyə edilib.

Partlayışın baş vermə səbəbi araşdırılır.