Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.
Bu barədə ölkə nazirliyinin “Telegram” kanalında bildirilib.
Partlayış nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
“Zərərçəkənlər arasında ağır yaralı və vəziyyəti ağır olan xəstələr yoxdur”, – deyə Səhiyyə Nazirliyindən bildiriblər.
Partlayışın səbəbi açıqlanmayıb.
Partlayış nəticəsində yaranan şok dalğası bir çox qonşu ev və mağazalarda şüşələri sındırıb, bəzi tikililər dağılıb.