!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi aviasiyamızın itirdiyi ən dəyərli zabit - Füzuli Cavadov

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində şəhid olanlar arasında Azərbaycan hərbi aviasiyasının ən dəyərli zabitlərindən bəziləri olub.

Füzuli Cavadov haqqında qısa məlumatı sizə təqdim edirik.

Füzuli Cavadov əvvəl Hərbi Hava Qüvvələrinin mərkəzi aparatında xidmət edib. O, Azərbaycan ordusuna çoxlu sayda gənc helikopter pilotları hazırlayıb.

Füzuli Cavadov daha sonra Hərbi Hava Qüvvələrindən Sərhəd Qoşunlarına keçid edib. Sərhəd Xidmətində aviasiya rəisi vəzifəsinə təyinat alıb və məlum hadisəyə qədər bu vəzifədə xidmət aparırdı.

Füzuli Cavadov o qədər təcrübəli və peşəkar helikopter pilotu olub ki, ən təhlükəli məqamlarda onun xidmətindən yararlanıblar. İllər öncə Xəzərdə külək olanda və neft buruqlarında işçilər çətin şəraitdə qalanda məhz Füzuli Cavadov uçuş həyata keçirmişdi və orada fəaliyyət göstərmişdi.

Təkcə bu fakt onu deməyə əsas verir ki, dünənki qəza Azərbaycan hərbi aviasiyası üçün son dərəcə böyük itkilərə səbəb olub.

Səxavət Məmməd

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv