Hərbi avtomobil qəzaya düşdü: 1 əsgər öldü – FOTO

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak əyalətinin Silop bölgəsində baş verib.

Avtomobilin aşması nəticəsində 1 əsgər ölüb. Daha 20 əsgərin yaralandığı bildirilib.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın başvermə səbəbi barədə əlavə məlumat verilməyib.  Araşdırma aparılır.