Somalida Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, həmin hərbi baza Moqadişo hava limanın ərazisində yerləşir.
Atışma zamanı üç Afrika Birliyi əsgəri, üç inşaatçı və bir kəşfiyyatçı yaralanıb. Bütün yaralılar müalicə üçün Somalidəki Afrika Birliyi Sülhməramlı missiyasının (AMISOM) xəstəxanasına çatdırılıb.