Hərbi bazada partlayış: Yaralılar var

Tayvanın şimal-şərqində yerləşən Jilonq şəhərində Tayvan Hərbi Dəniz Qüvvələrinin bazasında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 9 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələlik məlum deyil.