!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbi ekspert: "Bu, prezident əlavəsidir, maaş artımı deyil" - ŞƏRH

“Bu prezident əlavəsidir, maaş artımı deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncamını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, birbaşa təmasda, şəraitsiz vəziyyətdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirilməsi üçün bu addım atılıb:

“20-60 faiz arasında vəzifə maaşlarının artımı həqiqi hərbi xidmət qulluqçularının maaşındakı fərqi minimumda saxlamaq üçün atılmış bir addımdır. Bunun sayəsində həqiqi hərbi xidmət qulluqçuları arasında maaş balansı qorunacaq.

Sərəncamdan sonra Müdafiə Nazirliyinin konkret əmri olacaq. O əmrə əsasən maaş artımı öz əksini tapacaq”.

www.yenicag.az

250
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100