!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspert: "Ordumuz xalqı müdafiə etməyə qadirdir"

!Reklam – Yazi

“Ermənistan və onun havadarları Azərbaycan cəmiyyətində müəyyən ajiotaj yaratmaq, ölkədə orduya və ordu rəhbərliyində təmsil olunan şəxslərə qarşı əsassız fikirlər formalaşdırmağa çalışırlar”.

Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert bildirib ki, müharibə təkcə səngərdə aparılmır:

“Biz həm də informasiya müharibəsinin içərisindəyik. Lakin Azərbaycan xalqı nəzərə almalıdır ki, ölkəmizin ordusu həm texniki imkanlarına, həm də iş bacarığına görə Ermənistandan dəfələrlə güclüdür. Biz bunun bu gün də şahidiyik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müdafiəsinin təmin olunmasında fədakarlıq nümayiş etdirirlər, döyüşçülərimiz bütün bilik və bacarıqlarını buna sərf edərək düşməni yerində oturdurlar”.

Ramil Məmmədlinin fikrincə, mühairibə qaçılmazdır:

“Azərbaycan xalqı bilməlidir ki, ordumuz onu müdafiə etməyə qadirdir. Azərbaycan Ordusu xalqın ordusudur. Bu o deməkdir ki, xalqımız Azərbaycan Ordusunun yanında olmalıdır. O ki qaldı Ermənistana, onlar bizim düşmənimizdir. Onların atdıqları addımlar bizi məğlub etməyə yönəlib. Ordumuzun gücü, imkanları onu deməyə əsas verir ki, biz Ermənistan üzərində qalib gəlib, öz torpaqlarımızı işğaldan azad edəcəyik”.

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv