Ermənilər Qarabağda Xristofer İvanyan adına hərbi gimnaziyada terroçular hazırlayır.
5 milyon dollara başa gələn gimnaziyaya qızlar 14 yaşından qəbul edilir və 6 il ərzində peşəkar kimi yetişdirilir. Xristofer İvanyan adına hərbi gimnaziyada birillik snayper kursları da fəaliyyət göstərir və həmin qızlardan 2016-cı ilin aprel döyüşlərində istifadə edilib. Hazırda 110 qızın yetişdirildiyi gimnaziyada dərsləri Livandan gələn keçmiş döyüşçülər keçir. PKK tərkibində döyüşən erməni qızlarının Xankəndindəki gimnaziyada yetişdirildiyi iddia edilir.
Bununla bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a danışıb:
“Bu, erməni xislətindən gələn bir məsələdir. Ötən əsrdən – ermənilərin türklərə qarşı qırğınlar törətdiyi vaxtlardan kişilərlə bir yerdə qadınları da silaha sarılaraq, türk xalqına, müsəlmanlara qarşı genasiddə iştirak ediblər. Bunu Ərzurumda, Tiflisdə, Bakıda, Göyçədə, Qarabağda həyata keçiriblər. Bu gün də həmin ənənə davam edir”.
Erməni qızlarını terrorçu kimi yetişdirən məktəbin rəsmi hərbi gimnaziya olduğunu deyən ekspert bildirib ki, həmin məktəbi Azərbaycanın Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev adına Ali Hərbi Məktəblə müqayisə etmək olar:
“Bir neçə il idi ki, Xristofer İvanyan adına hərbi gimnaziyanın tikintisi gedirdi. Həmin gimnaziya Qarabağda yaşayan gənclər üçün nəzərdə tutulub. Orada oğlanlarla birgə qızlar da təhsil alır. Qızların hərbi təhsil almasını Qarabağda demoqrafik problemlərin yaşanması ilə əlaqələndirirəm. Orduda kişilərin çatışmamazlığına görə ermənilər bu addımı atıb. Sözügedən gimnaziyada birillik snayper kursları açılıb. Təbii ki, orada yetişən snayperlər Azərbaycana qarşı istifadə ediləcək. Snayper kurslarının müddəti də onu göstərir ki, müdavimlər ordu strukturlarına qəbul edilib, döyüş bölgələrinə göndəriləcəklər. Bu rəsmi qurumun içində snayper kurslarının olması başa düşüləndir. Onlar Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirirlər”.
Ermənilərin Dağlıq Qarabağda gördükləri işlərə toxunan Tərlan Eyvazov qeyd edib ki, hazırda işğal altındakı torpaqlarımızda məskunlaşma aparılır:
“Həmin hərbi gimnaziyanı tikdirən erməni milyonçusu Levon Ayrapetyan vaxtında Rusiyaya qarşı sərt fikirlər səsləndirdiyinə görə, onu həbs etmişdilər və orda da öldü. Onun Qarabağa yönləndirdiyi milyonlar təkcə gimnaziyanın tikilməsi ilə yox, Ağdərənin infrastrukturunun qurulmasına da yönəldilmişdir. Qazax əsilli biznesmen Şuşanın abadlaşmasına, turizm mərkəzlərinin tikilməsinə sərmayə yatırdıb. Ümumiyyətlə, hətta ermənilərin yaşamadığı ərazidə yollar çəkilir, məktəblər tikilir. Orada erməniləri məskunlaşdırmaqla torpaqlarımızın inkişafını möhkəmləndirirlər. Bütün bunlar hamısı onu göstərir ki, Ermənistan tərəfi açıq şəkildə işğalını qanuniləşdirmək istəyir”.
Ermənilərin öz siyasətlərində qadınlarından hər formada istifadə etməklərinə gəlincə isə hərbi ekspert bildirib ki, bu, tarixən belə olub:
“Ermənilər kiçik xalqdır və heç vaxt dövlətləri olmayıb. Onlar yaltaqlıqla, rüşvət verməklə və qadınlarını işə salmaqla öz məqsədlərinə nail olmağa çalışıblar. Kiçik millətlər həmişə böyük millətlərə qızlarını verməklə qohum olublar. Çünki erməni qızının getdiyi oğlan artıq onların olur. Erməni millətində olan xəbislik, məkrlilik onları terrora sövq edir. Çünki ambissiyaları böyük, imkanları azdır. Ona görə də terrordan tarix boyu geniş istifadə ediblər. Bu gün də əməllərini davam etdirirlər. Hansı terror təşkilatını araşdırsaq, içindən erməni çıxacaq: PKK, YPG və Suriyada belə erməni izlərinə rast gəlirik. Suriyada hətta erməni qadın snayperlərin döyüşdüyü faktı da var”.
Səxavət Məmməd