!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi həkimlərin heç yerdə danışmadıqları “Tərəfsiz söhbət”də - VİDEO

!Reklam – Yazi

Yenicag.az-ın “Tərəfsiz söhbət” verilişinin növbəti buraxılışı hərbi həkimlər mövzusuna həsr olunub. Uzun illər hərbi həkim işləmiş polkovniklər – Anar Məmmədov və Anar Quliyev mövzu ilə bağlı sualları cavablandıraraq, hərbi həkimliyin özəlliyi barədə ətraflı məlumat verib. Onlar bildirib ki, hərbi həkim ilk növbədə vətənpərvər olmalı, daim öz üzərində çalışmalıdır.

Vətən müharibəsində yaralılara xidmət edən tibb işçilərinin fədakarlıqlarından da söz açan Anar Quliyev Azərbaycanda fəaliyyət göstərən hərbi həkimlərin müxtəlif məktəblər keçdiyini qeyd edib:

“Bu gün yüksək səviyyədə yetişmiş hərbi həkimlərimiz var. Vətən müharibəsi bizim üçün önəmli təcrübə oldu. Çünki dünyanın heç bir yerində belə bir savaş olmayıb. O günlərdə hətta hərbi sahədən ayrılmış həkimlər də təkrar geri qayıdıb, hospitalda yaralı əsgələrimizə xidmət etdi. Oftalmoloq Anar Rəhimovun adını çəkə bilərik. Həm hospitalda işlədi, həm də bəzi yaralıları çalışdığı özəl xəstəxanaya aparıb, önəmli əməliyyatları həyata keçirdi. Oftalmoloq Samir Musayevi də yaddan çıxarmayaq. Sutkada 2 saat yatmadan əsgərlərimizə layiqli xidmət göstərdi. Adlarını çəkmədiyimiz onlarla başqa hərbi həkim də var. Hər birinin əməyi təqdirə layiqdir”.

Digər hərbi həkim, polkovnik Anar Məmmədov da Vətən müharibəsində əməyi olan hərbi həkimlərin xidmətindən bəhs edib: “ Hərbi həkimlər- oftalmoloq Anar Rəhimov, ümumi cərrah Elgün Səmədov, revmatoloq Məğrur Məmmədov və digər həkimlərimizin böyük əməyi var. Həmçinin, həkim Aqil Ağakişiyevin də adını çəkə bilərik. Bizi ən çox o sevindirir ki, həkimlər müharibə dövründə öz vəzifələrini layiqincə yerinə yetirdilər”.

Verilişin videosunu təqdim edirik:

www.yenicag.az

5079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv