Avstraliya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Filippin dənizinə düşüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 3 hərbçi helikopterdən çıxa biliblər və yüngül xəsarət alıblar.
“MH-60R Seahawk” helikopteri planlaşdırılan kəşfiyyat missiyasını yerinə yetirib, lakin suya qəza enişi etmək məcburiyyətində qalıb.
Yaxınlıqdan keçən hərbi gəmi suda olan hərbçiləri göyərtəsinə götürə bilib. Qəza ilə əlaqədar istintaq başladılıb.