Hərbi helikopter qəzaya düşdü – 18 ölü

Efiopiyada hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 18 nəfər ölüb.

Ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.